11 
Avq
2021
20:07
1463

Nazir açıqlama verdi - Bu tədbirlərdə qadağan olundu

"Bildiyimə görə konsertlər keçirilməyəcək və buna bənzər bütün tədbirlər təxirə salınıb".

InterPress.ge xəbər verir ki, bunu səhiyyə naziri Ekaterine Tikaradze deyib.

Tikaradzenin sözlərinə görə, yalnız mükafatlandırma mərasimləri keçiriləcək. O, bu tədbirlərlə bağlı qaydalara tam əməl ediləcəyini bildirib.

“Bununla əlaqədar olaraq aidiyyəti şəxslərlə əlaqə saxladıq. Qeyd etmək vacibdir ki, hər şeyi tək bir qurumun üzərinə atmaq olmaz. Bu tədbirlər Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilməyib. Əmək Müfəttişliyi həm təşkil olunmuş konsertlər, həm də müxtəlif sosial tədbirlər üzərində işləyir.

Tam nəzarət və infeksiyanın yayılma mənbəyinə çevrilə biləcək yığıncaqların qarşısını almaq üçün əlimizdən gələni edirik", - deyib nazir.

Bizimlə əlaqə saxlayın