Səhiyyə Nazirliyi həftənin sonunda İdarələrarası Koordinasiya Şurasına yeni tövsiyələrlə müraciət edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə Səhiyyə naziri Ekaterine Tikaradze məlumat verib.
"Bu gün qaydalarla bağlı növbəti tövsiyələrin nə olacağını danışmaq hələ tezdir. Həftənin sonunda yenidən Nazirlikdə bir araya gələcəyik, növbəti tövsiyənin nə olacağını formalaşdıracağıq və həmişə olduğu kimi yazılı şəkildə baxılması üçün Şuraya təqdim edəcəyik", - nazir bildirib.
