02 
Avq
2021
12:49
4105

Uşaqlı ailələrə ŞAD XƏBƏR: Subsidiya proqramına start verildi

"Çoxuşaqlı ailələrin, yeni uşağı olan və ya uşaqlı ailələrin həyat şəraitini yaxşılaşdırmaq üçün bu gün dövlət subsidiyalı ipoteka proqramına start veririk".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Hökumət Administrasiyasının iclasında deyib.

Hökumət başçısının sözlərinə görə, bu çox yaxşı bir proqramdır ki, bunun sayəsində həm mənzil, həm də fərdi ev alına biləcək.

"Natia Turnava bu gün bir müddət əvvəl elan etdiyimiz yeni bir proqramı təqdim edir, bu, çoxuşaqlı ailələrin, yeni uşaqları olan və ya uşaqlı ailələrin həyat şəraitini yaxşılaşdırmaq üçün dövlət subsidiyalı ipoteka proqramıdır. İpoteka krediti ilə həm mənzil, həm də fərdi ev almaq mümkün olacaq. Bu, bu gün rəsmən başlayacağımız çox yaxşı bir proqramdır", - deyib Baş nazir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər