02 
Avq
2021
10:13
1035

Tenqiz Çerçvadze toylar və digər böyük yığıncaqlarla bağlı çağırış etdi

"Yoluxmuş insanların sayının artması, Delta ştammının dövriyyəsi, izdihamlı toplantılar və tövsiyələrə əməl edilməməsi ilə əlaqədardır".

InterPress.ge xəbər verir ki, bunu Tbilisi Yolxucu Xəstəliklər Xəstəxanasının direktoru Tenqiz Çerçvadze deyib.

Buna görə Çerçvadze bir daha əhalini bütün lazımi tövsiyələrə riayət etməyə və maska taxmağa çağırıb.

"Delta ştammının daha asan keçdiyi və tez yayıldığı sübut edilmişdir. Daha ağır hallara səbəb olduğu və xəstəxanaya yerləşdirilmə və ölüm hallarını təxminən 2 qat artırdığı sübut edilmişdir. Delta ştammı infeksiyaların artmasının səbəblərindən biridir. İkinci səbəb, əhalinin məhdudiyyətin götürülməsini yanlış başa düşməsidir. Düşündülər ki, xüsusilə biznes və iqtisadiyyat üçün ağrılı olan məhdudiyyətlərin götürülməsi bütün öhdəliklərin aradan qaldırılması deməkdir. Bu, ən böyük səhvdir, öhdəliklər qaldırılmadı, insanların normal həyatına mane olan məhdudiyyətlər götürüldü, ancaq qapalı və açıq yerlərdə, ictimai toplaşma yerlərində maska taxmağı heç kim ləğv etmədi. Ən əsas tələbimiz toylardan, yas süfrələrindən, böyük ad günlərindən, yığıncaqlardan, konfranslardan, aksiyalardan, mitinqlərdən bir müddət uzaq durmaqdır", - deyib Çerçvadze.

Ehtimal olunan məhdudiyyətlərin yenidən gündəmə gətirilməsi üçün yoluxmuş insanların sayının hansı səviyyədə olması lazım olduğu sualına Çerçvadze deyib ki, bu səhiyyə sektorunun vəziyyətin öhdəsindən gəldiyi təqdirdə baş verməməlidir.

"Yeni halların sayı məhdudiyyətlərin tətbiqi və ya tətbiq edilməməsi ilə deyil, klinik sektorun bu artan hallara qarşı nə dərəcədə dözəcəyi ilə müəyyən edilməlidir. Səhiyyə sektoru, noyabr-dekabr aylarında olduğu kimi kritik vəziyyətlər yaratmamaq üçün artan yükləri götürə və xəstələrin axını normal idarə edə bildiyi müddətdə məhdudiyyətlərin tətbiq edilməsini və geri qaytarılmasını gözləmirəm və dəstəkləmirəm", - söyləyib Çerçvadze.

Onun sözlərinə görə, ictimaiyyət epidemiya vəziyyətinin daha da pisləşə biləcəyinin fərqində deyil.

Bizimlə əlaqə saxlayın