30 
Iyl
2021
19:41
862

Su təchizatı şirkəti "Akelik Group" şirkəti ilə müqaviləni ləğv edir

Gürcüstan Birləşmiş Su Təchizatı Şirkətinin nümayəndələri Marneulidə davam edən kanalizasiya və su təchizatı layihəsi ilə bağlı mövcud vəziyyəti qiymətləndiriblər.

InterPress.ge xəbər verir ki, bu barədə Marneuli meriyası məlumat yayıb.

Belə ki, Su Təchizatı Şirkətinin direktoru Aleksandr Tevdoradze, Marneuli və Qardabaninin majoritar deputatı Zaur Darğallı, Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadze və merin müavini Roin Dekanoidze ilə birlikdə şirkət tərəfindən Marneulidə görülən işlərə baxıblar.

Bildirilir ki, su təchizatı şirkəti Marneuli və Bolnisi şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin tikintisi ilə bağlı müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi səbəbindən inşaat şirkəti "Akelik Group" ilə müqavilənin ləğvi prosedurlarına başlayır və yaxın gələcəkdə yeni tender elan ediləcək.

Hazırki mərhələdə, görülən işlərin əhali üçün təhlükə yaradan hissəsi Gürcüstanın Birləşmiş Su Təchizatı Şirkəti tərəfindən tamamlanacaqdır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər