28 
Iyl
2021
11:26
303

ABŞ səfiri: "Bunu görmək çox sevindiricidir"

"Peyvənd üçün nə qədər gürcünün qeydiyyatdan keçdiyini və aşılandığını görmək çox sevindiricidir".

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Gürcüstandakı səfiri Keli Deqnan qeyd edib.

"Respublika Xəstəxanasına gələrkən bu qədər gürcünün aşılandığını görmək çox gözəldir. ABŞ-ın Gürcüstana 500 min doza Pfizer peyvəndi ilə kömək edə bilməsi həqiqətən çox xoşdur. Çox sayda gürcünün peyvənd üçün qeydiyyatdan keçdiyinə və peyvənd olunduğuna görə çox məmnunuq. Xüsusilə Delta suşu ilə yoluxmuş insanların sayının artdığını gördüyümüz zaman bu çox vacibdir. Peyvənd özünüzü, yaxınlarınızı və ölkə iqtisadiyyatını qorumağın ən yaxşı yoludur",- deyə o qeyd edib.

İyulun 23-də Gürcüstan yarım milyon dozada Pfizer peyvəndi aldı. Peyvənd Gürcüstanda Səhiyyə naziri Ekaterine Tikaradze və Amerika Birləşmiş Ştatlarının Səfiri Keli Deqnan tərəfindən qəbul edildi.

Bizimlə əlaqə saxlayın