27 
Iyl
2021
19:17
11722

Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə! Yeni qayda tətbiq ediləcək

"Yol hərəkəti haqqında" qanuna dəyişiklik layihəsinə əsasən, avromobil idarəetmə praktiki imtahanından real hərəkətlə keçmək 2022-ci ilin martından məcburi olacaq.

InterPress.ge xəbər verir ki, dəyişikliklər layihəsi Daxili İşlər nazirinin müavini Aleksandre Daraxvelidze tərəfindən Parlamentin növbədənkənar sessiyasında təqdim edilib.

Onun sözlərinə görə, B və BE kateqoriyalı sürücülük vəsiqəsi almaq istəyənlər 14 mart 2022-ci ildən etibarən real şəraitdə praktik imtahandan keçməli olacaqlar, digər kateqoriyalar üçün isə dəyişiklik 3 oktyabr 2022-ci ildən qüvvəyə minəcək.

"Dəyişikliklər, sürücülük vəsiqəsi almaq istəyən hər kəsin nəzəri testi və qapalı sahədə imtahanı keçməklə yanaşı, arzu edənlərin nazirin müəyyən etdiyi marşrutda real şəraitdə testdən keçə bilmələrini nəzərədə tutur.

Test şərtlərində sualların yaranmaması üçün testi tam qeyd etmək, audio-video qeydlər aparmaq üçün qayda daxil edilir və imtahan nəticələri konkret bir tərəf tərəfindən şikayət edilsə, imtahan prosesinə nəzər yetirə bilər", - deyə Daraxvelidze qeyd edib.

Onun sözlərinə görə, dəyişikliklərin həyata keçirilməsindən sonra xaricdə yaşayan və Gürcüstan sürücülük vəsiqəsinə sahib olan Gürcüstan vətəndaşları onu Avropa ölkələrində sürücülük vəsiqəsi ilə dəyişdirə biləcəklər.

Daxili İşlər nazirinin müavini 18 yaşınadək şəxslərlə əlaqəli məhdudiyyətlərdən də danışıb. Daraxvelidze xüsusilə, bu günə qədər yetkinlik yaşına çatmayanların sürücülük vəsiqəsi aldıqdan sonra əmək fəaliyyəti ilə məşğul olmalarının qadağan olunduğunu, lakin yeni qanun layihəsinə əsasən bu məhdudiyyətin tətbiq olunmayacağını qeyd edib.

"18 yaşınadək insanlar bu gün sürücülük vəsiqəsi almaq hüququna sahibdirlər. Bununla belə, əmək fəaliyyəti ilə məşğul olmaları qadağandır. Bu məhdudiyyət, təqdim olunan qanun layihəsi ilə aradan qaldırılacaq və 18 yaşından əvvəl sürücülük vəsiqəsi alanlar kuryer və ya sürücü kimi tam işləyə biləcəklər",- deyə o qeyd edib.

Daraxvelidze, eyni zamanda, "Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi tərəfindən göstərilən xidmətlərin rüsumları və tarixləri haqqında" qanuna dəyişiklik layihəsini də təqdim edib.

"Yeni bir imtahan layihəsi əlavə olunduğundan, B və BE kateqoriyalarına görə 90 lari ödəniş olacaq. Nəzəri imtahan və qapalı sahədə imtahan verməklə bağlı ödənişlər bu halda artmayacaq və 40 lari olaraq qalacaq. Bu məbləğ müqabilində vətəndaş nəzəri imtahandan keçə biləcək və qapalı sahədə 5 dəfə imtahan vermək imkanına sahib olacaq.

Digər kateqoriyalara gəldikdə, şəhərdə imtahandan keçmək üçün ödəniləcək məbləğ 150 ​​lari olacaq və kimsə imtahandan keçə bilməsə, təxminən 1 il içində yenidən imtahan verə biləcək ",- deyə Aleksandre Daraxvelidze qeyd edib.

O, sosial cəhətdən həssas insanların sürücülük imtahanını ilk dəfə verdikləri təqdirdə 50% endirim olacağını, 18 yaşınadək olanların isə ödənişdən tamamilə azad olunacağını qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər