27 
Iyl
2021
11:07
747

Davit Zalkaliani Gürcüstan vətəndaşlarını təbrik etdi

Davit Zalkaliani Gürcüstan ərazilərinin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsinə münasibət bildirib.

InterPress.ge xəbər verir ki, müvafiq açıqlama Baş nazirin müavini, xarici işlər naziri və UNESCO-nun Gürcüstandakı Milli Komissiyasının sədri tərəfindən Facebook-da paylaşılıb.

“Bu böyük uğur münasibətilə bütün Gürcüstanı, hər birinizi təbrik edirəm və beynəlxalq ekspertlərlə əməkdaşlıq edərək bu tanınmaya nail olmaq üçün mühüm işlər görən Gürcüstanın Ətraf və Kənd Təsərrüfatı Nazirliyinə təşəkkür edirəm", - yazıb Zalkaliani.

Nazirin sözlərinə görə, coğrafi və təbii sərvət ölkənin görkəmini müəyyənləşdirir.

“Təbii miras hamımıza məxsus olan sərvət və dəyərdir. Odur ki, hər bir vətəndaş öz qayğısındakı rolunu yaxşı bilməlidir. Bu irsi keçmişdən miras almışıq, ancaq onu bu günümüz və gələcəyimizlə əlaqələndirə bilməliyik. Müasir cəmiyyət məsuliyyət daşımalı və kimliyimizi təyin edən, gürcülər üçün müqəddəsliyə bərabər tutulan və inam mənbəyi olanı qorumalıyıq", - deyə Zalkaliani bildirib.

Məlumat üçün bildirək ki, Gürcüstan tarixində ilk dəfə olaraq Gürcüstanın dörd qorunan ərazisi: Mtirala və Kolxeti Milli Parkları və qorunan Kintrişi və Kobuleti bölgələri UNESCO Dünya Təbii İrsi statusu alıb.

Bizimlə əlaqə saxlayın