27 
Apr
2020
14:18
888

Tetritskaroda koronavirus şəhər meriyasının əməkdaşında aşkarlandı

Tetritskaro bələdiyyəsinin bir işçisində koronavirus aşkar edildi.

InterPress.ge xəbər verir ki, bu barədə Kvemo Kartli qubernatoru Şota Rexviaşvili bildirib.

Rexviaşvilinin sözlərinə görə, Bolniside başqa bir yoluxma faktı müəyyən edildi.

"Tetritskaro bələdiyyəsinə infeksiyanın yayılması ilə bağlı təsdiqlənmiş bir fakt əlavə olundu və bu, meriyanın işçisidir. Dünən bu işçinin yaxın təmasları araşdırıldı, meriyanın bütün digər işçilərində test aparıldı və mənfi nəticələr əldə olundu. Müvafiq olaraq, dünən yoluxmuşların hamısı müxtəlif klinikalara yönləndirildi, ailələr özləri təcrid vəziyyətindədirlər, əlavə olaraq 40-dan çox adam müxtəlif otellərdə karantindədir. Bundan əlavə, bu gün Bolnisi bələdiyyəsində daha bir şəxsdə virus aşkarlandı, həmin şəxs bələdiyyənin mərkəzində yaşayır, onun əlaqələri araşdırılıb. Ancaq əvvəlcədən bildirirəm ki, 17 apreldən etibarən o, özünü təcrid vəziyyətində saxlayırdı "dedi Rexviaşvili.

Bizimlə əlaqə saxlayın