Nazir peyvəndləmə ilə bağlı: "Məcbur etmək istəmirik"
"Məcbur etmək istəmirik - xalqın şüur səviyyəsinin tədricən artırılması vacibdir ki, insanlar peyvəndlərə inam qazansın".
InterPress.ge xəbər verir ki, bunu koronavirusla bağlı yaradılan İdarələrarası Koordinasiya Şurasının iclasından sonra səhiyyə naziri deyib.
Tikaradzenin qeyd etdiyinə görə, aşılama ilə bağlı kampaniya davam etdirilməli və "Nazirlər Kabinetinin bu prosesdə tam iştirakının vacibliyi" mövzusu şurada müzakirə edilməlidir.
“Səhiyyə Nazirliyi məşhurların və həkimlərin iştirakı ilə bir sıra PR kampaniyaları həyata keçirdi. Bizim yanaşmamız ondan ibarətdir ki, məcbur etmək istəmirik, sadəcə əhali ilə ünsiyyət qururuq və virusun keçməsinin qarşısını ala bilməsə də, ölüm halından qoruyan peyvəndin nə qədər vacib olduğunu izah edirik. Xalqın şüur səviyyəsinin tədricən artırılması vacibdir ki, insanlar peyvəndlərə inam qazansın.
Vətəndaşlarımızın fərqli qrupları tədarük olunan peyvəndi istəmədiklərini söylədilər, lakin bu gün seçim o qədər genişdir ki, peyvəndin növünün nə qədər vacib olduğunu, başqa problemlərin olub-olmadığını müşahidə edə bilərlər. Çalışmağa davam edəcəyik və bütün vətəndaşlara ən məqbul olan peyvəndi verə biləcəyimizə əminik. Bu gün bunun lüksü var", -deyib Tikaradze.


