23 
Iyl
2021
15:07
603

Maska taxmaqla bağlı sanksiyalar tətbiq edilə bilərmi? - Açıqlama

"Maska taxmaqla əlaqəli müəyyən sanksiyalar lazım olsa, İdarələrarası Koordinasiya Şurası bunu müzakirə edəcək".

InterPress.ge xəbər verir ki, bunu səhiyyə naziri Ekaterine Tikaradze deyib.

"Sadə tövsiyələrin verildiyi pandemiyanın ilk dalğasını yaxşı xatırlayıram. O zaman heyratamiz bir yekdillik mövcud idi və pandemiyanı aradan qaldırmaq üçün lazım olan bütün tədbirləri birlikdə həyata keçirirdik. Buna görə inanıram ki, tibb sektoru, hökumət qrupu, hər birimizin qorunmağımız və digərlərini qorumağın ən təsirli yolunun nə olduğuna dair kifayət qədər təcrübə və biliyə sahibik. Bu və ya digər məkanda maska taxmaq məcburiyyəti əlbətdə ki, müzakirə edilə bilər. Ancaq hesab edirəm ki, tövsiyənin olması hərəkətlərimizi idarə etmək üçün kifayətdir. Maska istafadəsini artırmaq üçün sanksiyaların lazım gəldiyini görərsək, bunu şurada müzakirə edəcəyik və müvafiq qərar qəbul edəcəyik", - deyib nazir.

Bizimlə əlaqə saxlayın