23 
Iyl
2021
14:48
387

Tikaradze: "Profilaktik tədbirlərin artırılması vacibdir"

"Koronavirusun yayılmasının qarşısının alınması üçün 391 mindən çox peyvəndləmə həyata keçirilib. Bunlardan 255 mindən çox insan bir dəfə, 236 mindən çoxu isə iki dəfə aşılanıb".

InterPress.ge xəbər verir ki, bunu Koordinasiya Şurasının iclasından sonra keçirilən brifinqdə səhiyyə naziri Ekaterine Tikaradze deyib.

Onun sözlərinə görə, hazırda ölkədə 21 mindən çox aktiv koronavirus halı var.

"İkinci dalğa zamanı mövcud olan idarəetmə tədbirlərinə qayıtdıq. 15 mindən çox insan evdə müalicə alır. Klinik otelə 1 400-dən çox insan yerləşdirilib, xəstəxanalarda 4 700 nəfər müalicə alır və bunlardan 937 nəfər intensiv şöbədə, 205 nəfər isə reanimasiya şöbəsindədir. Bu, xəstəliyin çətin bir gedişata sahib olduğunu göstərir. Profilaktik tədbirlərin artırılması vacibdir ”, - deyə səhiyyə naziri bildirib.

Bizimlə əlaqə saxlayın