22 
Iyl
2021
13:20
439

Komitə "Narkotik və Psixotrop Maddələr haqqında" qanuna dəyişiklikləri dəstəklədi

"Hüquq Məsələləri Komitəsi "Narkotik vasitələr, psixotrop maddələr, təbii və ya sintetik mənşəli maddə və narkoloji yardımı haqqında" Gürcüstan qanununa dəyişikliklər edilməsini məsələsinin müzakirə etdi və dəstəklədi".

InterPress.ge xəbər verir ki, Gürcüstanın İşğal olunmuş Ərazilərindən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Məsələlər nazirinin birinci müavini Tamar Qabunia qanunda dəyişiklik etmə motivasiyasının beynəlxalq öhdəliklərin yerinə yetirilməsi ilə müşayət olunduğunu qeyd edib.

"2020-ci ildə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Narkotiklərə Nəzarət Komitəsinin, 1961-ci il "Narkotik vasitələrə dair" və Birləşmiş Millətlər Təşkilatının 1971-ci il "Psixotrop Maddələrə dair" konvensiyası, həmçinin "Narkotik vasitələrinin və psixotrop maddələrin qanunsuz ticarətinə qarşı mübarizə" 1988-ci il konvensiyasına dəyişikliklər əlavə edildi ki, bu da qanunvericiliyimizdə öz əksini tapmalıdır ", - deyə Tamar Qabunia qeyd edib.

Onun sözlərinə görə, qeyd olunan siyahılara bir neçə maddə əlavə edilib və istənilən miqdar cinayət məsuliyyəti ilə nəticələnəcək, ancaq qeyd olunan maddələrin az, orta və külli miqdarının təyin edilməsi bu mərhələdə praktiki olaraq mümkün deyil. Tamar Qabunianın sözlərinə görə, maddələrin miqdarları müəyyən edildikdə, bu qanunvericilikdə öz əksini tapacaq.

Bizimlə əlaqə saxlayın