22 
Iyl
2021
12:15
1259

Səhiyyə nazirinin müavini məktəblərlə bağlı açıqlama verdi

"Məktəblərdə təhlükəsiz bir mühitin yaradılması müəllimlərin aşılanmasından asılıdır".

InterPress.ge xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Tamar Qabunia deyib.

Onun sözlərinə görə, sentyabr ayından etibarən siniflərdə tədris prosesinin davam etməsi üçün avqust ayı aşılama üçün mümkün qədər çox istifadə edilməlidir.

"Düşünürəm ki, məktəblər üçün optimist bir proqnoz verməliyik, avqust ayı qarşımızda durur və uşaların təhlükəsiz bir mühit ilə qarşılaşması məqsədilə məktəb işçilərinin peyvəndlənməsi üçün bu aydan mümkün qədər effektiv istifadə etməliyik. Təhsil Nazirliyi, vaxtında qeydiyyatdan keçmək və aşılanmalarına kömək etmək məqsədilə müəllim və işçi qrupunu müəyyənləşdirmək üçün məktəblə aktiv işlər aparır", - bildirib Qabunia.

Eyni zamanda, 20 iyulda keçirilən brifinqdə Tamar Qabunia deyib ki, peyvəndlərin mövcudluğu şəraitində təhsil prosesini məsafədən rejimə keçirmək çıxış yolu deyil. Onun sözlərinə görə, məktəblərlə əlaqəli Təhsil Nazirliyinin əsas tövsiyəsi budur ki, tədris prosesinin təhlükəsiz olması üçün məktəb işçiləri iyul-avqust aylarını aktiv peyvəndləmə üçün istifadə etməlidir.

"Ölkədə bir milyon yarım doz peyvənd olduqda və daha bir milyon doza gözlədiyimizi nəzərə alsaq, məktəblərlə əlaqəli, mənim və Səhiyyə Nazirliyinin əsas tövsiyəsi, məktəblərin tədris ilini təhlükəsiz bir şəraitdə keçirməsini təmin etmək üçün iyul və avqust aylarının məktəb işçiləri tərəfindən aktiv peyvənd üçün istifadə edilməsidir. Bu gün məktəblərdə məhdudiyyət həll yolu deyil və məsafədən təhsil bu problemi həll etmir. Həll yolu peyvənddir. Beləliklə, təhsil mühitində dərs və ya işlə məşğul olan hər kəsdən xahiş edirəm ki, aşılama mərkəzlərinə müraciət etsinlər. Bu gün həqiqətən peyvənd olunmaları üçün imkan var", - bildirib Tamar Qabunia.

Bizimlə əlaqə saxlayın