21 
Iyl
2021
21:04
365

AZEBI yüzlərlə ailəyə bayram sovqatı payladı - FOTO

Azərbaycanlı İşadamları Birliyi Qurban bayramı münasibətilə 300-ə yaxın aztəminatlı ailəyi bayram sovtaqı ilə təmin edib.

Bu barədə InterPress.ge -yə AZEBI Georgia-dan məlumat verilib.

Məlumata görə, kompaniya Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilati dəstəyi ilə həyata keçirilib.

"Azərbaycanlı İşadamları Birliyi - AZEBI Georgia hər il olduğu kimi, bu il də müqəddəs Qurban Bayramı münasibətilə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşkilati dəstəyilə Gürcüstanın müxtəlif bölgələrində (Laqodexi, Marneuli, Qardabani, Tbilisi) qurbanlar kəsərək 300-ə yaxın aztəminatlı ailəyi bayram sovqatıyla təmin etdi.

Bu yardım kampanyasının ərsəyə gəlməsində Azərbaycan Respublikasının Gürcüstandakı Səfiri Cənab Faiq Quliyev, AZEBI-nin Sədri Nəriman Qurbanov, AZEBI-nin İcraçı Direktoru Vasib Osman və eyni zamanda AZEBI-nin bütün üzvləri, xüsusilə SOCAR Georgia, Azərbaycan Dəmiryolları Gürcüstan Filialı, Caspi Group, Magnus, Dapna kimi şirkətlərin rəhbərliklərinə təşəkkür edirik!

Bayramınız Mübarək!", - deyilir məlumatda.

Bizimlə əlaqə saxlayın