19 
Iyl
2021
12:54
252

Gürcüstanın Səhiyyə Naziri ABŞ səfiri ilə görüşdü

Gürcüstanın Səhiyyə Naziri Ekaterine Tikaradze ABŞ səfiri Kelli Deqnan ilə görüşüb.

InterPress.ge xəbər verir ki, Səhiyyə Nazirliyi bu barədə məlumat yayır.

Qurumdan verilən məlumata görə, görüşdə tərəflər peyvəndlə bağlı məsələləri müzakirə ediblər.

Nazirlik, görüş zamanı ABŞ-dan peyvənd bağışlanması məsələsinin müzakirə olunduğunu və logistika ilə əlaqədar məsələlərin, aşılama prosesi zamanı ehtiyacların, çətinliklərin və bunların həlli yollarının müzakirə olunduğunu da bildirib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, görüşdən sonra diplomat peyvəndin həm insan sağlamlığını qorumaq, həm də ölkələrin iqtisadiyyatını açmaq üçün vacibliyini vurğulayıb.

“ABŞ, gürcü xalqına kömək etmək üçün Covid-19 peyvəndi təqdim etməkdən məmnundur. Bu gün Ekaterine Tikaradze ilə kifayət qədər mürəkkəb olan logistik məsələləri müzakirə etmək üçün görüşdüm. Gürcüstanın ən qısa müddətlə peyvənd alması və eyni zamanda əhalini peyvənd etməklə bağlı peyvənd kampaniyasının inkişafına kömək etmək üçün Səhiyyə Nazirliyi ilə sıx əlaqədəyik. Hər birimizin aşılanması son dərəcə vacibdir. Dünyanın timsalında gördüyümüz kimi, aşılama iqtisadiyyatı bərpa etməyə imkan verir, uşaqlar məktəblərə və insanlar iş yerlərinə qayıdırlar. Əhalinin bu şansdan istifadə etməsi vacibdir. Ümid edirəm ki, peyvənd gələn kimi gürcülər bu fürsətdən istifadə edib aşılanacaqlar", - deyib diplomat.

Bizimlə əlaqə saxlayın