16 
Iyl
2021
15:32
694

Gürcü Arzusunun daha bir üzvü partiyanı tərk etdi

Rustavi Şəhər Şurasının Gürcü Arzusu fraksiyasının sədr müavini Zviad Dolidze istefa etdi və Qiorqi Qaxariyanın partiyasına qatıldı.

InterPress.ge xəbər verir ki, Dolidze bu barədə sosial şəbəkədə yazır.

Dolidzenin qeyd etdiyinə görə, onun və hakim partiyanın mövqeləri üst- üstə düşmür.

"2017-ci ildən bəri Rustavi Şəhər Şurasında Gürcü Arzusu - Demokratik Gürcüstan fraksiyasının sədr müaviniyəm. Partiya və bəşəri dəyərlər haqqında mövqelərimiz, bir-birinə zidd olduğu üçün fraksiyadan ayrılma qərarıaldım. Göstərilən etimada və dəstəyə görə şəhərimin bütün sakinlərinə təşəkkür edirəm. Səmimi və məsuliyyətlə bildirmək istəyirəm ki, şəhərimin sakinlərinə və onların maraqlarının qorunmasına sadiq qalacağam. Səmimi qəlbdən bildirmək istəyirəm ki, xalq üçün və Gürcüstan üçün sağlam bir siyasi qüvvəyə qoşuluram və həmişə yanınızda olacağam"- Zviad Dolidze.

Bizimlə əlaqə saxlayın