ABŞ səfiri: "ABŞ hökuməti tərəfindən edilən bəyanatlar ciddi şəkildə müzakirə edilməlidir"
"Sanksiyalar vasitələrdən biridir və ABŞ səfirliyinin, habelə ABŞ Dövlət Departamenti və Dövlət katibinin açıqlamalarında çox məyus olduğumuzu görürsünüz".
InterPress.ge xəbər verir ki, bunu Ali Məhkəməyə hakim namizədi seçimi prosesini yenidən qiymətləndirən ABŞ-ın Gürcüstandakı səfiri Kelly Deqnan deyib.
“Hakim partiya da daxil olmaqla Gürcüstanın siyasi liderləri hakimlərin təyin edilməsinin geniş, əhatəli və çoxpartiyalı məhkəmə islahatı həyata keçənə qədər dayandırılacağı barədə razılığa gəldilər, ancaq hələ həyata keçirilməyib və bu səbəbdən də bu hakimlərin təyinatı bizi məyus etdi. Parlament prosesi dayandıra bilərdi", - deyib səfir.
Onun sözlərinə görə, ABŞ hökuməti tərəfindən edilən bəyanatlar ciddi şəkildə müzakirə edilməlidir.
“Dövlət katibi də daxil olmaqla ABŞ hökumətinin verdiyi açıqlamalar tələsik olmadı. Bunlar Gürcüstanın strateji tərəfdaşları tərəfindən göndərilən narahatlıq mesajlarıdır, bunlar ciddi şəkildə müzakirə edilməlidir və bunu tələsik bəyanatlar kimi görmək olmaz", - söyləyib Deqnan.


