Tenqiz Çerçvadze: "Məhdudiyyətlərin qaldırılması bütün qaydalara yox deyə biləcəyimiz şəkilində başa düşülməməlidir"
"Məhdudiyyətlərin ləğvi iqtisadiyyatı bərpa etmək, ticarəti canlandırmaq və əhalini normal həyata qaytarmaq məqsədi daşıyır".
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi İnfeksion Xəstəlikləri Xəstəxanasının baş direktoru Tenqiz Çerçvadze jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, son vaxtlar yoluxma hallarının sayı ciddi şəkildə artır.
"Son bir həftə ərzində hallarda ciddi artım qeydə alınırdı. Əhali məhdudiyyətlərin qaldırılmasını hər şeydən imtina edilə biləcək bir siqnal kimi qəbul etdi. Əhali bu səhvi etməməlidir. Məhdudiyyətlərin ləğvi iqtisadiyyatı bərpa etmək, ticarəti canlandırmaq və əhalini normal həyata qaytarmaq məqsədi daşıyır, bütün qaydalara yox deyə biləcəyimiz bir şəkində qəbul edilməməlidir", - bildirib Çerçvadze.


