Zaur Darğallı: "Uşaq bağçalarında uşaqlar üçün nəzərdə tutulan qidalar ailələrinə təfil verilir"
"Uşaq bağçalarında uşaqlar üçün nəzərdə tutulan qidaları ailələrinə təfil verməyə başlamışıq".
Bu barəd InterPress.ge-yə Marneuli meri Zaur Darğallı bildirib.
Onun qeyd etdiyinə görə, Marneuli bələdiyyəsi ərazisindəki uşaq bağçaları birliyi müəssisənin hazırladığı qida menyusuna uyğun olaraq uşaq bağçalarında tərbiyə alan uşaqların ailələrinə 12 növ məhsul paketi təqdim edilir.
"Bütün bələdiyyədə bağçaya gedən uşaqlar üçün nəzərdə tutulmuş ərzaq məhsullarını, uşaqların ailələrinə təqdim etməkdə davam edirik.", - dedi Zaur Darğallı.
Qeyd edək ki, Marneuli bələdiyyəsində mövcud olan 14 Uşaq bağçasında cəmi 2145 uşaq qeydiyyata alınıb. Sözü gedən layihəni həyata keçirmək üçün, özünüidarəetmə təxminən, 130 000 lari vəsait ayırıb.


