Açıqlama verildi - Bu istiqamətdə nəzarət gücləndiriləcək
“Yenə də əyləncə fəaliyyətinin məhdudlaşdırılması üzərində işləməli olacağıq”.
InterPress.ge xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Tamar Qabunia "İmedis Dila" verilişində deyib.
"Fərdi məsuliyyət kritikdir, vətəndaşların və cəmiyyətin aktivliyi olmadan bu, ağlasığmazdır. Bilirəm yaydır, kurortlar açılıb, əyləncə tədbirləri keçirilir. İnsanlar əyləncə tədbirlərində maska taxıb məsafə qorumaq əhval-ruhiyyəsində deyillər, ancaq bu belə ola bilməz. Yenə də əyləncə fəaliyyətinin məhdudlaşdırılması üzərində işləməli olacağıq. Artıq bu barədə düşünməyə başladıq", - deyib Qabunia.
Eyni zamanda Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidzenin qeyd etdiyinə görə, toylarda və yas mərasimlərində maska taxmaqa nəzarət gücləndiriləcək.
“Hər kəs mövcud qaydalara riayət etməlidir.Əlbəttə ki, toylar, yas mərasimləri, konqreslər, konfranslar və s. kimi böyük məclislər də daxil olmaqla maskanın taxılmasına daha çox nəzarət planlaşdırılır”.


