15 
Iyl
2021
10:57
528

Tamar Qabunia: "Artıq bu barədə düşünməyə başladıq"

"Epidemioloji vəziyyət pisləşir".

InterPress.ge xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Tamar Qabunia "İmedis Dila" verilişində deyib.

Səhiyyə nazirinin müavinin sözlərinə görə, infeksiya sürətlə yayılır və aktiv müdaxilə olmadan bu nisbət daha da artacaq. Onun sözlərinə görə, aktiv müdaxilə mənbəyi peyvəndləmələrdən və fərdi qoruyucu vasitələrindən keçir.

"Fərdi məsuliyyət kritikdir, vətəndaşların və cəmiyyətin aktivliyi olmadan bu, ağlasığmazdır. Bilirəm yaydır, kurortlar açılıb, əyləncə tədbirləri keçirilir. İnsanlar əyləncə tədbirlərində maska taxıb məsafə qorumaq əhval-ruhiyyəsində deyillər, ancaq bu belə ola bilməz. Yenə də əyləncə fəaliyyətinin məhdudlaşdırılması üzərində işləməli olacağıq. Artıq bu barədə düşünməyə başladıq", - deyib Qabunia.

Bizimlə əlaqə saxlayın