14 
Iyl
2021
19:03
2418

Ölkə kilidlənə bilərmi? - Səhiyyə naziri açıqlama verdi

"Yenidən qaydalar tətbiq etmək və kilidləmə koronavirusun yayılma tempindən asılıdır".

InterPress.ge xəbər verir ki, bunu səhiyyə naziri Ekaterine Tikaradze deyib.

Onun sözlərinə görə, turizm mövsümündə özəl sektorun iştirakı və onlara verilən qaydalara riayət edilməsi vacibdir.

"Payızda seçim qarşısında qalıb-qalmayacağımızı, ölkəni bağlayıb-bağlamayacağımızı və kilidlənmənin olub-olmayacağını müəyyən edən bu qaydalardır. Əlbətdə ki, bunu etmək arzusunda deyilik, lakin gündən-günə artan rəqəmlər onsuz da bu qərarları verməyi şərtləndirir.

Son bir həftədə ikiqat sıçrayış baş verdi və infeksiya olduqca artdı. Önümüzdəki iki həftə bu qərarın verilməsi üçün həlledici olacaq və ümid edirik ki, özəl sektor və vətəndaşlar yalnız aşılama sahəsində deyil, bu istiqamətdə iştirak edəcəklər", - söyləyib səhiyyə naziri.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər