24 
Apr
2020
13:49
2004

Qubernator: "Marneulidə koronavirusa yeni yoluxma halı aşkar edilməyib"

"Kvemo Kartilidə bu günə kimi 84 koronavirus infeksiyası aşkar edilib".

InterPress.ge xəbər verir ki, bu barədə Kvemo Kartli qubernatoru Şota Rexviaşvili bildirib.

Onun sözlərinə görə, yoluxmaların 61-i Bolnisi, 15-i Marneuli, 8-i isə Rustavidə qeydə alınıb: “Marneuli və Rustavidə yoluxma sayı artmayıb. İndiyədək bölgə üzrə 17 nəfər tam sağalıb”.

"Bolnisiyə gəldikdə, çox yüksək dərəcədə yoxlamalar keçirildi, yaxın əlaqələr səbəbiylə gözləntilərlə müqayisədə minimaldır, bu da xəstəliyin geniş miqyaslı yayılmasından xilas olduğumuzu göstərir. Dünən mediada bəzi yanlışlıqlar yayıldı ki, koronavirus akarlanan kiçik bir uşaq Marneuli bölgəsindən idi, bu doğru deyil. Bu yoluxma Bolnisidəniydi. Mən təkrar edirəm, Marneulidə yoluxma ilə bağlı artımımız yoxdur. Son 24 saat ərzində Bolnisidə 100 nəfərdə test aparıldı onlardan birində koronavirus qeydə alındı, bu Savaneti kəndindəki ailə qrupunun qohumudur", - dedi Qubernator.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər