Gürcüstanda ikinci dozadan sonra koronavirusa yoluxma qeydə alınıbmı? - Nazir müavinindən açıqlama
"İki dəfə aşılanmış insanlarda ölüm halı qeydə alınmayıb".
InterPress.ge xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Tamar Qabunia, İdarələrarası Koordinasiya şurasının iclasından sonra keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, ikiqat peyvənd olunanlarda infeksiya sayına gəldikdə, bu 0,3%-dir və olduqca aşağı bir rəqəmdir.
"İki dəfə aşılanmış insanlarda infeksiya sayına gəlincə, əldə etdiyimiz məlumata görə, bu, 0,3% -dir və olduqca aşağı faizdir. Heç bir ölüm halı qeydə alınmayıb. Pfizer, Moderna, Sinopharm və Sinovac daxil olmaqla aşıların heç biri bizi infeksiyadan 100% qorumur. İnfeksiyaya yoluxma ola bilər, ancaq nadir hallarda baş verir, həmçinin yüngül keçir və ölümcül olmur. Bu, ən böyük müdafiədir", - deyə Tamar Qabunia qeyd edib.


