12 
Iyl
2021
16:09
541

Sürücülərin nəzərinə! Bu yolda məhdudiyyət yaranacaq

Turizm mövsümü üçün profilaktik işlərin aparılması məqsədi ilə beynəlxaq əhəmiyyəli Tbilisi-Senaki-Leselidze (Rusiya Federasiyası sərhəddi) yolunun 143 km-də yerləşən Rikoti avtomobil tunelində 2021- ci il 12,13,14,15 və 16 iyul tarixlərində, saat 00: 00-dan 08: 00-dək işlər planlaşdırılır və hazırda davam edir, buna görə də qeyd olunan müddət ərzində tuneldə hər növ nəqliyyatın hərəkəti qadağandır.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat Yollar Departamentindən verilib.

Lakin bəzi texniki səbəblərə görə 13 iyul 2021-ci il tarixində saat 00: 00-dan 08: 00-dək tuneldə hərəkət dayandırılmayacaq.

Yuxarıda qeyd edilənlərə əsasə, yol tunelinin bağlanması bir gün təxirə salınacaq və 14, 15, 16 və 17 iyul tarixlərində saat 00: 00 - dan 08: 00 - dək həyata keçiriləcək. Gecə və gündüzün qalan hissəsində nəqliyyatın hərəkəti sərbəst olacaq.

Qeyd olunan müddətdə avtomobil tuneli bağlananda, nəqliyyatın hərəkəti daxili dövlət əhəmiyyətli Rikoti avtomobil tunelinin daxil olan yoluna keçiriləcək.

Hərəkət patrul polisinin birbaşa nəzarəti və koordinasiyası altında həyata keçiriləcəkdir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər