ABŞ səfiri: "Vətəndaşlar üçün dinc bir mühit təmin etmək hökumətin vəzifəsidir"
"Vətəndaşların konstitusiya ilə zəmanət verilən hüquqlarından istifadə etmələri üçün dinc bir mühit təmin etmək hökumətin məsuliyyətidir".
InterPress.ge xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan məlumat verib.
Onun sözlərinə görə, 5-6 iyul tarixlərində ictimaiyyət konstitusiya hüquqlarının, o cümlədən jurnalistlərin peşə fəaliyyətlərinin təhlükəsiz bir mühitdə həyata keçirilməsinin təmin edildiyini görməyib.
"Jurnalistlərin peşə fəaliyyətlərini təhlükəsiz bir mühitdə həyata keçirmələri də daxil olmaqla toplaşmaq və ifadə etmək hüququ təmin edilməlidir. Təəssüf edirəm ki, bunu 5-6 iyulda görmədik və ümid edirəm ki, bu azadlıqların nə qədər dəyərli və əhəmiyyətli olduğu daha çox qiymətləndiriləcək və Gürcüstan vətəndaşlarının konstitusiya hüquqlarının həyata keçirilməsi və təhlükəsiz mühitin təmin edilməsi üçün daha çox səy göstəriləcək", - deyə Deqnan məlumat verib.


