23 
Apr
2020
14:30
3511

Marneulinin Ağməmədli kəndində izdiham yaşanır - Yük maşını kəndə daxil olub

Marneulinin Ağməmədli kəndinə kənd təsərüfatı mallarını almaq üçün yük maşını daxil olub.

InterPress.ge xəbər verir ki, hazırda kənd sakinləri sıraya durub mallarını satmağa çalışırlar.

Məlumata görə, xiyar məhsulunun kilosu 1 lariyə hesablanır.

Marneuli meri Zaur Darğallı hazırda kənddə gedən prosesləri müşahidə etmək üçün kəndə gedib.

Darğallı qeyd edir ki, hər gün Marneulidən 100 ton məhsul çıxacaq və bunun həcmini artırmağa çalışırıq.

"Marneulidən hər gün 100 ton məhsul çıxacaq. Biz bunun həcmini artırmaq üçün digər şəbəkələrlədə danışıqlar aparırıq ki, onlarda gəlsin Marneulidən kən təsərrüfatı mallarını alsın", - dedi Zaur Darğallı.

O, eyni zamanda qeyd etdi ki, Marneuli sakinləri öz mallarını Marneuli daxilində şəxsi avtomobilləri ilə heç bir icazə almadan aparıb hansısa bir yerə təfil verə bilərlər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər