23 
Apr
2020
11:43
2102

Tengiz Kalandadze: "Əsasən oraya bizim kəndlilərimiz, öz məhsulu olan fermerlər toplaşmışdı”

"Əsasən oraya bizim kəndlilərimiz, öz məhsulu olan fermerlər toplaşmışdı”.

InterPress.ge xəbər verir ki, Pirveli telekanalında bu sözləri Gürcüstan Kənd Təsərrüfatı Nazirliyinin Qida və kənd inkişafı şöbəsinin müdiri Tengiz Kalandadze deyib.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Marneulidəki etiraz mitinqinin müxalifət tərəfindən təşkil olunduğu ifadəərinə münasibət bildirib.

“Oraya təxminən iki yüzə yaxın insan toplaşdı - fermerlər, həmyerlilərimiz, məhsullarının daha tez satılmasını tələb etdilər. Ancaq ortada bir neçə təxribatçının olduğu ortadadır. Adlarını bilmirəm, amma həqiqətən təxribat etməyə çalışdılar, qışqırdılar. Əsasən oraya bizim kəndlilərimiz, öz məhsulu olan fermerlər toplaşmışdı ”dedi Kalandadze.

Qeyd edək ki, Kalandadze, pandemiya fonunda Kənd Təsərrüfatı Nazirliyinin nəzdində yaradılan inventar idarəetmə qərargahına rəhbərlik edir. Baş nazirin regional idarəetmə üzrə müşaviri Sozar Subari ilə birlikdə dünən etirazçılarla görüşmək üçün Marneuliyə gəlmişdi.

Bizimlə əlaqə saxlayın