Partiyalara 2021-ci il özünüidarəetmə seçkiləri üçün sıra nömrələri verildi
2021-ci il özünüidarəetmə seçkilərində siyasi partiyalara sıra nömrəsinin verilməsi ilə bağlı MSK-da 11 siyasi birlik nümayəndəsi ilə görüş keçirilib.
InterPress.ge xəbər verir ki, partiyalara 2021-ci il özünüidarəetmə seçkiləri üçün sıra nömrələri verilib.
MSK-nın mətbuat sözçüsü Natia İoselianinin jurnalistlərə verdiyi məlumata görə, "Gürcü Arzusu", "Milli Hərəkat" və "Qirçi"nin təmsilçiləri bugünkü iclasda iştirak etməyiblər, çünki artıq MSK-ya ərizə ilə müraciət ediblər və əvvəlki parlament seçkilərindəki sıra nömrələri ilə iştirak edəcəklər.
"Seçki Məcəlləsinə sıra nömrəsinin verilməsi ilə bağlı dəyişiklik edildi. İlk növbədə, əvvəlki parlament seçkilərində ən çox maliyyə alan siyasi birliklərin sıra nömrəsini seçmək hüququ var. Sıra nömrəsinin seçilməsi ilə əlaqədar iyulun 17-ə qədər MSK-ya müraciət edə bilərlər.
MSK-ya gəldikdə, seçki proseduru ilə əlaqədar iştirak edən bütün partiyalara kömək etmək istəyirik",- deyib Natia İoseliani.
Siyasi partiyalar özünüidarəetmə seçkilərində aşağıdakı rəqəmlərlə iştirak edəcəklər:
"Gürcü Arzusu - Demokratik Gürcüstan" -41;
"Vahid Milli Hərəkat" - 5;
"Avropalı Gürcüstan" -2;
"Vətənpərvərlər İttifaqı" -8;
"Qiorqi Vaşadze - Strategiya Ağmaşenebeli" -1;
"Gürcüstan üçün Lelo" -9;
"Qirçi" -36; (İaqo Xviçia)
"Aleko Elisaşvili-Vətəndaşlar" -7;
"Avropalı Demokratlar" -6;
"Leyboristlər Partiyası" - 10;
"Dövlət Xalqı Uğrunda Hərəkat" -4;
"Respublika Partiyası" -11;
"Qanun və Ədalət" -12;
"Tərəqqi və Azadlıq" -21.


