09 
Iyl
2021
14:43
243

Ekaterine Tikaradze: "Uşaqların peyvənd edilməsi ilə bağlı qərar vermək üçün yaxın vaxtlarda komissiya toplanacaq"

"Beynəlxalq praktikanı bölüşəcəyik, yaxın gələcəkdə aşılmama prosesi, ümumiyyətlə aşılama təqvimi ilə bağlı qərar qəbul edən kommisiya toplanacaq".

InterPress.ge xəbər verir ki, Səhiyyə Naziri Ekaterine Tikaradze uşaqların peyvəndlənməsi məsələsi ilə bağlı jurnalistlərə açıqlama verib.

Nazir həmçinin bir halda "Delta" ştammı, ikinci halda "Britaniya" ştammı və üçüncü halda araşdırması davam edən, Çiçişvili klinikasına yerləşdirilən üç uşaq ilə bağlı açıqlama verib.

"Əlbətdə ki, Səhiyyə Nazirliyi klinikaların hazırlığına nəzarət edir. Bu səbəbdən Çiçişvili klinikası qəbul müəssisəsi olaraq təyin edilib. Bu mərhələdə, ictimaiyyətə məlum olduğu kimi, Çiçişvili klinikasında üç uşaq var və bir halda "Delta" ştammı, ikinci halda - "Britaniya" ştammı var, üçüncü hal ilə bağlı isə araşdırma aparılır, hazırda uşağın dəqiq hansı növ koronavirusa yoluxduğu barədə məlumatımız yoxdur. Həkimlər uşaqların vəziyyətini yaxşılaşdırmaq üçün əllərindən gələni edirlər və əminəm ki, bu cəhd səmərəli olacaq və tezliklə bu uşaqlar sağalacaqlar. Beynəlxalq təcrübədən bilirik ki, "Delta" ştammı gənclərdə olduqca intensiv yayılır.

Uşaqların aşılanmasına gəlincə, beynəlxalq praktikanı bölüşəcəyik, yaxın gələcəkdə aşılmama prosesi, ümumiyyətlə aşılama təqvimi ilə bağlı qərar qəbul edən kommisiya toplanacaq", - Tikaradze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər