09 
Iyl
2021
13:28
224

Daxili İşlər Naziri: "Jurnalistlərə qarşı belə böyük bir zorakılığın baş verəcəyini təsəvvür edə bilməzdik"

"İstintaq başladıldı və bu mərhələdə 15-16 nəfər saxlanılıb".

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Naziri Vaxtanq Qomelauri bəyan edib.

Qomelauri 5 iyulda baş verən hadisələrinə bir daha münasibət bildirib.

"Biz bu insanların saat 6-da toplanmasını gözləyirdik, dəqiq vaxtı və yeri, hara toplaşacaqlarını təəssüf ki, demədilər. Sonra Filarmoniya dedilər. Radikal qüvvələr Filarmoniyaya səfərbər edildi və bu insanların bir-biri ilə toqquşmaması və zorakılığın baş verməməsi üçün müvafiq qüvvələr var idi. Jurnalistlərə qarşı şiddət olacağı barədə fikirləşməmişdik. Birbaşa deyirəm ki, jurnalistlərə qarşı belə böyük bir zorakılığın baş verəcəyini təsəvvür edə bilməzdik, bunu kimsə təsəvvür edə bilməzdi", - deyib nazir.

Bizimlə əlaqə saxlayın