22 
Apr
2020
19:35
2516

Şota Rexviaşvili: "Biz Marneulidə xəstəliyi dayandırdıq, lakin qüvvələr var ki, ölkədə vəziyyət pis olsa, buna sevinəcəklər"

Kvemo Kartli qubernatoru, Şota Rexviaşvili Marneulidə yolun bağlanılmasını planlaşdırılmış siyasi aksiya adlandırdı.

InterPress.ge məlumat verir ki, qubernatorun özü də hadisə yerində idi.

“Onlar işlə maraqlanmırlar, Onların problemləri yoxdur. Bu maskaraddır, klounadadır”, – aksiyanı o, bu cür dəyərləndirdi.

Bununla yanaşı Şota Rexviaşvili qeyd etdi ki, siyasi qüvvələr insanların bu cür konsentrasiyanı etməməlidirlər ki, xəstəlik yayılmasın. O, həmçinin aksiya iştirakçılarının “Mişa, mişa” sözünə şərh verdi.

“Biz Marneulidə xəstəliyi dayandırdıq, lakin qüvvələr var ki, ölkədə vəziyyət pis olsa, nə qədər çox insan virusa yoluxsa, nə qədər çox insan virusdan həlak olsa, bir o qədər buna sevinəcəklər. Təəsüflər olsun ki, bu belədir. Mişanı gözləsinlər, bir 50 il gözləsinlər”, – Şota Rexviaşvili dedi.

Qeyd edək ki, bu gün Marneuli və Şulaverini birləşdirən yolu munisipalitetin bir neçə kəndinin əhalisi bu gün bağladı. Onlar sərt karantin rejiminə etiraz edirdilər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər