07 
Iyl
2021
11:41
282

Ekaterine Tikaradze: "Vətəndaşlarımıza qarşı hər cür aqressiyanı və şiddəti qınayıram"

"Mövqeyimi bildirmək və hər hansı bir vətəndaşımıza qarşı hər cür aqressiyanı və zorakılığı həqiqətən qınadığımı söyləmək istəyirəm".

InterPress.ge xəbər verir ki, bunu Səhiyyə naziri Ekaterine Tikaradze deyib.

"Mövqeyimi bildirmək və hər hansı bir vətəndaşımıza qarşı hər cür aqressiyanı və zorakılığı həqiqətən qınadığımı söyləmək istəyirəm. Getdiyimiz yerə dair qərar verməliyik. Əminəm ki, ümumi məqsədimiz Avropa ailəsinin üzvü olmaqdır. Hər belə hərəkət bizi bu hədəfdən əhəmiyyətli dərəcədə uzaqlaşdırır.

Bir-birimiz ilə ünsiyyət qurmağın yollarını tapmaq, problemli məsələlər barədə danışmaq və aqressiyanı konstruktiv bir dialoqa çevirmək vacibdir.

Həm də nəzərə almalıyıq ki, aqressiya və zorakılıq Gürcüstan ənənəsi deyil və Avropa ənənəsi də ola bilməz", - Ekaterine Tikaradze bəyan edib.

Bizimlə əlaqə saxlayın