06 
Iyl
2021
17:33
305

David Zalkaliani Azərbaycanın Mədəniyyət naziri ilə görüşdü

Baş nazirin müavini, xarici işlər naziri Davit Zalkaliani, Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovla görüşdü.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Verilən məlumata görə, görüşdə Gürcüstan və Azərbaycan arasındakı strateji əlaqələrin əhəmiyyəti müzakirə edildi. Həmçinin, mədəniyyət sahəsində səmərəli əməkdaşlığın əsas istiqamətləri və həm ikitərəfli, həm də çoxtərəfli formatda gələcək perspektivlər və təşəbbüslər müzakirə edildi.

Qonşu ölkələr arasında müxtəlif birgə layihələrin planlaşdırılmasının və həyata keçirilməsinin bölgədə, o cümlədən mədəniyyət sahəsində sabitliyin və əmin-amanlığın təmin edilməsi üçün vacib olduğu qeyd edildi. İki strateji ölkə arasındakı tərəfdaşlığın dərinləşdirilməsinin vacibliyi bir daha vurğulandı.

Bizimlə əlaqə saxlayın