06 
Iyl
2021
11:25
328

Rikoti tunelində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 143-cü kilometrliyində yerləşən Rikoti avtomobil tunelində, turizm mövsümünün başlanması və profilaktik işlərlə əlaqədar olaraq, 12,13,14,15 və 16 iyul tarixlərində 00:00-dan 08:00-dək, hər gün bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan ediləcək.

InterPress.ge xəbər verir ki, bu barədə Avtomobil Yolları Departamenti məlumat yayır.

Gecə və gündüzün qalan hissəsi ərzində nəqliyyatın hərəkəti sərbəst olacaq.

"Sözügedən müddət ərzində yol tunelinin bağlanması zamanı nəqliyyat axını, daxili əhəmiyyətli Rikoti tunelinin dolama yoluna keçiriləcək. Avtomobilin hərəkətinin kilidlənməsi müvəqqəti hərəkət təşkilatının sxeminə uyğun həyata keçiriləcək", - məlumatda bildirilir.

Yollar Departamentindən verilən məlumata görə, nəqliyyat patrul polisinin birbaşa nəzarəti və koordinasiyası ilə həyata keçiriləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər