06 
Iyl
2021
10:13
231

Senakidə avtomobil dərəyə düşərək partlayıb

Senaki Bələdiyyəsinin Betlemi kəndi yaxınlığında avtomobil dərəyə düşərək partlayıb.

InterPress.ge xəbər verir ki, avtomobildə 7 yaşlı uşaq da daxil olmaqla üç nəfər yanıb.

Təcili yardım qrupu yaralanan iki nəfəri xəstəxanaya aparıb.

Məlumata görə, avtomobili idarə edən şəxs sərxoş vəziyyətdə olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə araşdırılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər