04 
Iyl
2021
23:36
417

ABŞ səfiri "Tbilisi Pride" ilə əlaqədar açıqlama verdi

"Dinc yürüşü zorakılıq və iyrəncliklə pozmaq istəyən hər kəs Gürcüstan Konstitusiyasını pozur".

InterPress.ge xəbər verir ki, ABŞ-ın Gürcüstandakı səfiri Kelly Deqnan "Tbilisi Pride" ilə əlaqədar açıqlama verib.

Səfirin sözlərinə görə, Gürcüstan Konstitusiyası vətəndaşlarının azad, dinc toplaşmaq və ifadə hüququ daxil olmaqla hüquqlarının qorunmasını təmin edir.

“Fikir ziddiyyətli və ya populyar olmasa da, Daxili İşlər Nazirliyinin bu hüququ qorumaq üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk. Bu, polis üçün olduqca çətin bir işdir, ancaq Gürcüstan polisinin aksiyanın dinc iştirakçılarının öz hüquqlarını ifadə etməsi üçün lazımi bacarıqlara sahib olduğuna inanırıq. Bu dinc yürüşü şiddət və iyrəncliklə pozmaq istəyənlər Gürcüstan Konstitusiyasını pozurlar", - bildirib ABŞ səfiri.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər