Daxili İşlər Nazirliyi peyvənd qeydiyyat portalına edilən kiber hücum faktı ilə əlaqədar istintaq başlatdı.
InterPress.ge xəbər verir ki, istintaq 285-ci (kompüter məlumatlarının və / və ya kompüter sisteminin qanunsuz istifadəsi) və 286-cı (kompüter məlumatlarına və / və ya kompüter sisteminə müdaxilə) maddələri ilə başladılıb.
Qeyd edək ki, Səhiyyə nazirinin müavini Tamar Qabunia peyvənd qeydiyyat portalında kütləvi kiber hücumun həyata keçirildiyini bildirmişdi.
