Marneuli və Bolnisinin bəzi bölgələrində işığın niyə keçdiyi ilə bağlı açıqlama verildi
Bəzi bölgələrə elektrik enerjisinin verilməsinin məhdudlaşdırılması "Energo-Pro Georgia" ilə əlaqəli olmayıb.
InterPress.ge xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.
“Gürcüstanın bəzi bölgələrinə elektrik enerjisi məhdudiyyətlərlə verilirdi. "Energo-Pro Georgia"ya məxsus şəbəkədə qəza olmadı. Buna müvafiq olaraq elektrik təchizatı məhdudlaşdırılması şirkətlə əlaqəli deyildi, lakin şirkət müştərilərindən üzr istəyir.
Ozurqeti və Lançxuti bələdiyyələrinin bəzi kəndlərində, Batuminin ətraf ərazilərində, Axalkalaki və Ninocminda bələdiyyəsinin bəzi kəndlərində, Zuqdidi və Senakinin bəzi kəndlərində, Mçxeta, Bolnisi və Marneulinin bəzi kəndlərində elektrik enerjisi təxminən yarım saat məhdudlaşdırıldı.
Hazırda elektrik enerjisi təchizatı stabil olaraq həyata keçirilir”, - deyə şirkətdən bildirilib.


