29 
Iyn
2021
13:22
1367

Gürcüstana daxil olan turistlərlə bağlı yeni qayda qüvvəyə minəcək

Səhiyyə nazirinin müavini Tamar Qabunia Gürcüstanın peyvənd olunmuş turistlərdən 72 saat ərzində test verməsini tələb edəcəyini istisna etməyib.

InterPress.ge xəbər verir ki, Qabunia İdarələrarası Koordinasiya Şurasının iclasından sonra bu açıqlamanı verib.

Qabunianın qeyd etdiyinə görə, bu mövzuda müzakirə artıq başlayıb.

“Ölkəyə daxil olan turistlərin peyvənd statusundan asılı olmayaraq testdən keçirilməsi ilə bağlı aktiv bir müzakirə gedir. Bu gün də 72 saat ərzində testdən keçmə tələbimiz var, lakin peyvənd vəziyyəti bu vəziyyətdə istisna təşkil edir və bu günkü vəziyyətimizdən asılı olaraq bu cür turistlərin test keçirmələrini lazım hesab etmirik. Lakin gələcəkdə bu riskləri nəzərə alaraq ölkəyə daxil olan aşılanmış turistlərin hər 72 saatda bir test rejimini keçirmələri üçün test sxeminin aktivləşdirilməsi planlaşdırılır", - dedi Qabunia.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər