29 
Iyn
2021
12:43
2335

Sabahdan etibarən komendant saatı ləğv olunur

Sabah, 30 iyun tarixində 7 aylıq məhdudiyyətdən sonra Gürcüstanda gecə hərəkətinə tətbiq edilən məhdudiyyət götürülür.

InterPress.ge xəbər verir ki, 30 iyun səhər saat 04:00-dan etibarən komendant saatı artıq qüvvədə olmayacaq.

1 həftə əvvəl hökumət 1 iyuldan etibarən komendant saatının qaldırılacağını elan etdi və həmin gün Koordinasiya Şurasının Baş Qərargah rəisi Qiorqi Ğibradze, gecə hərəkətinə qoyulan məhdudiyyətin 30 iyun səhər saat 04:00-dan qaldırılacağını açıqladı.

“30 iyun saat 23.00-dan etibarən məhdudiyyət artıq tətbiq olunmayacaq. Məhdudiyyət 29 iyun 23: 00-dan 30 iyun 04: 00-dək olacaq və 30 iyun axşam saat 23: 00-dan etibarən məhdudiyyət olmayacaq”, - deyə Ğibradze bildirib.

Xatırladaq ki, komendant saatı Gürcüstanda 2020-ci il 28 noyabrdan etibarən qüvvədə olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər