28 
Iyn
2021
14:16
419

Gürcüstanda gələn aydan kütləvi vaksinasiyaya başlanılır

"Sinovac" və "Sinopharm" aşılarının vətəndaşları "Delta" ştammıdan qoruya bilməyəcəyinə dair məlumatlar tam deyil".

InterPress.ge xəbər verir ki, bunu Səhiyyə naziri Ekaterine Tikaradze deyib.

Ekaterine Tikaradzenin dediyinə görə, pandemiyanı məğlub etmək üçün yalnız aşı deyil, həm də epidemioloqlar tərəfindən verilən qaydalara düzgün əməl olunması vacibdir. Tikaradze bir daha əhalini tövsiyələrə əməl etməyə çağırıb.

“Alimlərin digər peyvəndlərlə də bağlı bəzi sualları var. Dəfələrlə demişik ki, aşılama epidemiyanı məğlub etmək üçün ən vacib silahdır və hər bir vətəndaşımızın aşılanması vacibdir, həmçinin sosial məsafənin, maska taxmağın və bütün qaydalara riayət etmənin böyük əhəmiyyətini vurğulayırıq. Vətəndaşları bütün lazımi tədbirlərə əməl etməyə çağırırıq" - dedi Tikaradze.

Koronavirusa qarşı kütləvi aşılamanın başlanmasına gəlincə, Səhiyyə Naziri ölkənin gələn ay kütləvi aşılamaya başlamağa hazır olduğunu söyləyib.

"Kütləvi aşılamaya gəldikdə, üçüncü rübdən, yəni önümüzdəki aydan həm Tbilisidə, həm də bölgələrdə aşılamağa hazır olduğumuzu bildirmişik", - dedi nazir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər