Hökumət bu borcları siləcək
"Hökumət 24 radio şirkətinin "Gürcüstan Televiziya və Radio Mərkəzi"nə yığılan 1,5 milyon GEL borcunu və ilin sonuna qədər xidmət haqqını siləcək".
InterPress.ge xəbər verir ki, İqtisadiyyat naziri Natia Turnava bu barədə hökumət iclasından sonra açıqlama verib.
“Bildiyiniz kimi, Gürcüstan ərazisində qüllələrə sahib "Gürcüstan Televiziya və Radio Mərkəzi" adlı dövlət şirkəti var. Bu qüllələr vasitəsilə müxtəlif radio yayımçılarına tezliklər veririk. Bizə və Tənzimləmə Komissiyasına 24 radio şirkət müraciət edərək bu TV-radio mərkəzinə yığılmış borcun bağışlanmasını xahiş etdi. Bu xahişi və onların arqumentlərini nəzərə alıq. Həqiqətən də, radio şirkətlərinin əsas gəlir mənbəyi reklamdır, bildiyiniz kimi 2020-ci ildə iqtisadi fəaliyyətdə problem var idi və təbii ki, gəlirləri ya dayandı, ya da ki, azaldı. Bu səbəbdən hökumət, tələblərini nəzərə aldı və 24 radio şirkətin təxminən 1,5 milyon GEL borcunu və ilin sonuna qədər xidmət haqqını bağışlayacaq. Onlara uğurlar arzulamaq istəyirik. Əlbətdə ki, bu qərar onların problemsiz işləmələrinə və azad radio yayımçılığına kömək etdi və gələcəkdə də kömək edəcək", - dedi Turnava.


