Nazir: "Gecə klubu sənayesini aktivləşdirmək üçün bu sahənin nümayəndələri ilə birlikdə təhlükəsizlik protokolunun hazırlanması planlaşdırılır"
"Gecə klubu sənayesini aktivləşdirmək üçün bu sahənin nümayəndələri ilə birlikdə təhlükəsizlik protokolunun hazırlanması planlaşdırılır".
InterPress.ge xəbər verir ki, bunu İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava bəyan edib.
Hökümət rəhbərliyində keçirilən brifinqdə Turnavanın dediyinə görə, bu sənayenin ehtiyaclarının öyrənilməsi davam edir.
"Artıq bunu müəyyən dərəcədə öyrənməyə başladıq. Onlarla görüş baş tutacaq, çünki həqiqətən zərərçəkmiş sənayedir. Problemləri öyrənməyə başladıq, ən çox nə barədə çətinlik çəkirlər, bu sektor hansı xüsusiyyətlərlə xarakterizə olunur və hansı köməklikləri göstərə bilərik, o cümlədən təhlükəsizlik protokolları üzərində işləyəcəyik ki, gələcəkdə bu sənayeni aktivləşdirə bilək", - deyib Turnava.


