26 
Iyn
2021
10:13
263

Avstraliya, Litva və Rumıniyanın XİN başçıları Gürcüstanda səfərdədir

Avstriya, Litva və Rumıniyanın xarici işlər nazirləri artıq Tbilisidədir.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı AB-nin Gürcüstandakı səfiri Karl Harçel yayır.

"Avropa İttifaqı Ali Komissarı Cozef Borrell mandatı ilə Cənubi Qafqaza regional səfəri çərçivəsində Tbilisiyə səfər edən Avstriya, Litva və Rumıniya Xarici İşlər Nazirləri ilə görüşməkdən məmnunam"-Karl Harçel Twitterdə yazır.

Nazirlər Gürcüstana səfəri çərçivəsində səhər saatlarında Odzi kəndi yaxınlığındakı işğal xəttini ziyarət edəcəklər.

Bundan sonra üç ölkənin Xarici İşlər Nazirlərini Gürcüstanın Xarici İşlər Naziri David Zalkaliani Dövlət Mərasimlər Sarayında qonaq edəcək.

Daha sonra üç ölkənin diplomatları Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ilə görüşəcəklər.

Tbilisidə planlaşdırılan görüşlərdə regional təhlükəsizlik və problemlər müzakirə ediləcək.

Günün sonunda avropalı diplomatlar səfərlərini AB-nin Gürcüstandakı nümayəndəliyində keçiriləcək birgə mətbuat konfransında yekunlaşdıracaqlar.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər