25 
Iyn
2021
10:38
781

Çerçvadze toylarla bağlı əhaliyə müraciət etdi

"Ölkədə Britaniya və Hindistan ştammının dövriyyəsi fonunda, epidemiya vəziyyəti yavaş tempdə sabitləşir".

InterPress.ge xəbər verir ki, bunu Tbilisi Yolxucu Xəstəliklər Xəstəxanasının direktoru Tenqiz Çerçvadze bildirib.

Tenqiz Çerçvadzenin dediyinə görə, əhali qalan tövsiyələrə diqqətlə əməl etsə, tənzimləmələrin qaldırılması düzgündür.

“Epidemiya vəziyyəti sakit və təhlükəsiz deyil. Məhdudiyyətlərin yüngülləşdirilməsinə düzgün yanaşmaz və istifadə etməzsək, bu geriləmələrə və halların artmasına səbəb ola bilər. Peyvəndləmə qüvvəyə minənə qədər - buna təxminən üç ay lazımdır - izdihamlı toylardan və əyləncələrdən çəkinməliyik. Həyatda üç ay həlledici deyil və bu üç ayda qaydalara əməl etməmək bizi bir il geri götürə bilər", - dedi İnfeksion Xəstəlikləri Xəstəxanasının direktoru.

Bizimlə əlaqə saxlayın