23 
Iyn
2021
20:37
342

ABŞ səfiri müxalifət və iqtidar partiyalarına çağırış etdi

"Məqsəd daha güclü, daha yaxşı bir müstəqil məhkəmə sistemi qurmaqdır. Bu, hamımızın edə biləcəyimiz bir işdir, bu, Gürcüstanın mənafeyinə cavab verən bir işdir".

InterPress.ge xəbər verir ki, bunu ABŞ-ın Gürcüstandakı səfiri Kelly Deqnan, Gürcüstanın ədliyyə naziri Rati Breqadze ilə görüşdən sonra söyləyib.

Səfirin sözlərinə görə, bugünkü görüş Rati Breqadzeni ədliyyə naziri təyin olunması münasibətilə təbrik etmək və prioritetləri barədə eşitmək üçün bir fürsət idi.

“25 ildir ki, ABŞ Gürcüstanla məhkəmə sistemi, o cümlədən cinayət mühakimə sistemini inkişaf etdirmək üçün çalışır. USAID, Ədliyyə Nazirliyi, Dövlət Departamenti və bir çox ABŞ agentliyi vasitəsilə, Gürcüstanın cinayət mühakimə sisteminin, penitensiar sistemin və ümumiyyətlə məhkəmə sisteminin gücləndirilməsinə yönəlmiş bir sıra proqramlarımız var. Bu, güclü iş birliyimizin olduğu bir sahədir. Nazirlə bu əməkdaşlığı davam etdirmək və onun nazirlik üçün müəyyənləşdirdiyi bəzi prioritetləri genişləndirmək barədə danışmaq faydalı oldu”, - dedi Kelly Deqnan.

ABŞ səfiri 19 aprel razılaşmasının həyata keçirilməsinin əhəmiyyətindən də danışıb.

"Düşünürəm ki, qanunun aliliyinin və məhkəmə sisteminin güclü bir demokratiyanın təməl daşı olduğunu hamımız yaxşı bilirik. Bu səbəbdən Ədliyyə Nazirliyi ilə işləmək çox vacibdir. Son illərdə, keçən ilki seçkilərdən bəri aparılan danışıqlar nəzərə alınmaqla, güclü, müstəqil bir məhkəmə sisteminə sahib olmaq üçün çox vacib olanı gördük. Bu səbəbdən də siyasi partiyaların 19 aprel müqaviləsinə daxil olan məhkəmə islahatının müddəaları barədə razılığa gəlməsi bizi çox sevindirdi. İqtidar və müxalifət partiyalarını 19 aprel müqaviləsini həm mahiyyətcə, həm də ruhən həyata keçirməyə çağırırıq. Məqsəd daha güclü, inkişaf etmiş bir müstəqil məhkəmə sistemi qurmaqdır. Bu, hamımızın edə biləcəyimiz və Gürcüstanın mənafeyinə cavab verən bir işdir", - dedi Kelly Deqnan.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər