22 
Iyn
2021
12:52
323

Natia Turnava: "Turizm mövsümü ilə bağlı müsbət gözləntilərimiz var"

"Koordinasiya Şurasında çox vacib və müsbət bir qərar verdik. Bu, 1 iyul tarixindən etibarən hərəkəti məhdudiyyətinin qaldırılmasıdır, həmçinin restoranların gecə saat 12-yə qədər işləməsinə icazə verilməsi də vacibdir".

InterPress.ge xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Natia Turnava Koordinasiya Şurasının iclasından sonra media üçün keçirilən brifinqdə deyib.

“Bu vacib bir qərardır, turizm mövsümünü yaxşı keçirmək üçün müsbət gözləntilərimiz var, çünki müsbət dinamika var. Quru sərhədindən də turistlərin gəldiyini görürük və Acarıstanda da axın artdı. Ümumilikdə hava yolu ilə gələn turistlərin statistikasına baxsaq, bu gün orta hesabla hər üç beynəlxalq hava limanında 300-350 uçuş tamamlanır. 2019-cu ildə qazandığımız göstəricinin yarısından çoxuna yaxınlaşırıq və bu, turistlərin gəlməsi baxımından rekord idi", - dedi Turnava.

Bizimlə əlaqə saxlayın