Çerçvadze Qaxarianın fəaliyyətindən danışdı
"Keçmiş Baş nazir Qiorqi Qaxaria koronavirus pandemiyası ilə əlaqəli prosesləri çox yaxşı idarə edirdi"
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər və QİÇS Mərkəzinin direktoru Tenqiz Çerçvadze deyib.
Çerçvadzenin dediyinə görə, əvvəllər belə düşünürdü və fikri dəyişməyib.
"Dartanyan"a gəlincə, Qaxarianın kovidi çox yaxşı idarə etdiyini düşünürdüm və indi də belə düşünürəm. İnanıram ki, bu yalnız mənim fikrim deyil, hər şeyi ən təfərrüatlı başa düşən cənab Hans Klüqe də daxil olmaqla bütün dünyanın fikridir. Avropada sağlamlıq məsələlərində ilk insan, həmçinin infeksionist. O dedi ki "Həqiqətən bravo, yaxşı işləyirsiniz və belə də davam etməlisiniz". Birinci şəxs, ölkənin səhiyyə sisteminin işini bravo sözü ilə qiymətləndirdi və mən başqa belə bir hal xatırlamıram", - dedi Çerçvadze.


